Şeytanın hiyləsi | Lev Tolstoy

Yoxsul kəndli səhər tezdən kotan sürməyə gedirdi, səhər yeməyini yemədiyi üçün özü ilə bir parça çörək aparmışdı. Tarlaya çatanda torbasını endirib bir yerə qoydu. Çörəyi də onun yanına qoyub dəsmalla üzərini örtdü. Bir az kotan sürdü. At yorulub, kəndli də acanda kotanı dayandırdı. Rahat otlasın deyə heyvanı da açıb buraxdı. Yemək yesin deyə də bayaq torbasını qoyduğu yerə getdi. Ancaq dəsmalı qaldıranda gördü ki, çörək yoxdu. Bir xeyli axtardı. Dəsmalı silkələdi, amma çörəyi tapmadı. “Qəribədir!” dedi öz özünə. “Ətrafda da heç kimi görmədim, amma kimsə gəlib çörəyi götürüb yəqin” deyə düşündü.

Bu işi görən balaca şeytan idi. Çörəyi alıb bir ağacın altında oturdu, kəndlinin əsəbləşib və bunun adını anıb necə təhqir edəcəyini gözləyirdi.

Kəndli biraz düşündükdən sonra: “Nə edək?.. Acından ölməyəcəm ki? Götürənin ehtiyacı olmasa götürməzdi. Nuş olsun” – dedi.

Sonra quyunun başına gedib su içdi. Biraz istirahət etdi. Heyvanını yenə kotana qoşub torpağı şumlamağa başladı.

Balaca şeytan kəndlini günaha sala bilmədiyi üçün təəccüblənmişdi. Olanları böyük şeytana danışmağa getdi. Kəndlinin çörəyi necə oğurladığını, kəndinin təhqir etməli olduğu halda “nuş olsun” deməyini danışdı. Böyük şeytan isə buna çox əsəbləşdi.

“Kəndlini aldada bilməmisənsə səhv səndədir. Deməli işi bacarmadın. Kəndlilərin hamısı belədirsə, onda biz nə edərik? Yoox… Bu işi belə qoya bilmərik. İndi o kəndlinin yanına get və çörəyin acığını çıx. Əgər üç il içində o kəndlini yoldan çıxara bilməsən, səni oxunmuş suya salacam, dedi.

Balaca şeytan qorxub tez yer kürəsinə endi. Səhvini necə düzəldəcəyini düşünməyə başladı. Çox düşündü, sonra belə bir şey tapdı:

Yaxşı insan roluna girib, yoxsul kəndlinin yanına işçi kimi gəldi. Kəndliyə quraqlıq keçən yaylarda buğdanı bataqlığa əkmək lazım olduğunu bildirdi. Kəndli də işçinin dediyini elədi, buğdanı bataqlığa əkdi. Həmin yay bütün kəndlilərin əkini günəşdə qovrulduğu halda, onun buğdası gur, uzun və sıx başlı oldu. Kəndli bir sonraki əkinə kimi buğdanı bol-bol istifadə etdi. Yenə buğda artdı. O birisi yay işçi kəndliyə buğdanı dağa əkməsi lazım olduğunu söylədi. Kəndli də onun dediyini etdi. Həmin il yay yağışlı keçdi. Bütün kəndlinin əkini qurudu, buğda vermədi. Bizim kəndli isə yaxşı buğda götürdü. Əlinə xeyli buğda keçdi. Kəndli bu qədər buğdanı nə edəcəyini düşünməyə başladı.

İşçi kəndliyə şərab düzəltməyini söylədi. Kəndli də buğdalardan şərab hazırlayıb, həm özü içdi, həm də başqalarına içirtdi. O vaxt balaca şeytan böyük şeytanın yanına gedib: “Çörəyin acığını çıxartdım” deyə bildirdi.

Bunları eşidən böyük şeytan öz gözləriylə görmək üçün kəndlinin yanına getdi. Kəndlinin evinə çatanda belə bir mənzərəylə qarşılaşdı: Kəndli bəzi varlıları şərab içməyə dəvət etdiyi üçün evinə çağırmışdı. Kəndlinin həyat yoldaşı şərabı qədəhlərə boşaldıb, qonaqlara təklif edirdi. O vaxt qadın stola dəyib, şərabı yerə tökdü. Kəndli də buna əsəbləşib yoldaşını təhqir etdi və:

“Lənət sənə, kor şeytan”. Bu tökdüyün yaxantı deyil. Belə dəyərli bir şeyi necə tökərsən, ay bacarıqsız qadın.

Balaca şeytan böyüyünə baxıb, gülümsədi.

“Gördün? Artıq təhqir etməkdən, söyməkdən çəkinmir”. Sonra kəndli özü şərab paylamağa başladı. Həmin vaxt yoxsul bir kəndli işdən qayıdırdı. Onlara gəldi. Hamını salamlayıb bir tərəfdə oturdu. Onların şərab içdiyini görüb, bunun da ürəyi şərab istədi. Uzun vaxt bir yerdə oturub, udquna-udquna qaldı, amma ev sahibi ona şərab təklif etmədi. Ev sahibi öz-özünə:

İnsan sizin hamınıza necə şərab çatdırsın deyib mızıldandı.

Bu da böyük şeytanın çox xoşuna gəldi. Balaca şeytan özündən razı halda: “ Hələ dayan gör nələr olacaq”.

Ev sahibi və varlı kəndlilər bir az içəndən sonra bir-biriləriylə söhbət etməyə, bir-birilərini tərifləməyə və xoş sözlər deməyə başladılar. Böyük şeytan onları uzun bir müddət izlədi, qulaq asdı. Bu vəziyyətdən heç xoşu gəlməmişdi: “Onlar bir-birilərini aldatmağa, yaltaqlanmağa davam edirlər.” – dedi.

Balaca şeytan: “Hələ gözlə. Bax gör nələr olacaq. Bir bokal da içsinlər sən bax. İndi tülkü kimi bir-birilərinə quyruq sallayırlar, bir-birilərini aldadırlar. Birazdan hamısı azğın canavarlara çevriləcəklər.” buyurdu.

Kəndlilər bir qədəh daha içdilər. Danışıqları biraz kobudlaşdı, səsləri yüksəldi. Gözəl sözlər yox olub, bir birilərinə əsəbləşib, təhqir edib hətta söyüş söyməyə başladılar. Axırda dava yarandı. Bir-biriləri ilə dalaşıb, üz-gözlərini qan içində qoydular. Bu vaxt ev sahibi də davaya qarışdı. Onu da döydülər.

Böyük şeytanın bu da çox xoşuna gəldi. “Yaxşıdı, yaxşıdı” – dedi.

Balaca şeytan isə: “Hələ gözlə, gör daha nələr olacaq” – dedi ona. Hələ üçüncü qədəhi içsinlər gör nə halda olacaqlar. İndi canavar kimi vəhşi oldular, sonra donuza bənzəyəcəklər.”

Qonaqlar üçüncü qədəhi da içib, lap özlərini itirdilər. Nə dediklərini bilmirdilər artıq, bir-birilərinə qulaq asmadan qışqırıb bağırmağa başladılar. Ev sahibi də digərlərini yola salanda başı üstə suya yıxıldı. Üstü təmiz palçıq oldu. Yıxıldığı yerdən qalxdı. Donuz kimi səslər çıxardırdı.

Bu hal böyük şeytanı daha da sevindirdi.

“Həəə… Yaxşı iş bacardın afərin sənə. Çörəyin acığını yaxşı çıxartmısan. Amma bir danış görüm, necə elədin, bu şərabı? Hər halda əvvəlcə tülkü qanı qatdın. Buna görə kəndlilər onu içəndə hiyləgərlik etdilər, yaltaqlandılar. Sonra canavar qanı qatdın. Buna görə də canavar kimi vəhşiləşdilər. Sonra da donuz qanı qatdın, yəqin ki. Bu səbəbdən donuza bənzədilər.

Xeyr, deyə cavab verdi balaca şeytan. Heç elə etmədim. Mənim etdiyim tək şey onun daha çox buğda becərməyini təmin etmək oldu. Bu heyvanların qanları onsuzda insanlarda var. Lakin bu ehtiyaclarına çatacaq qədər çörək olanda meydana çıxmır. Bu kəndli əvvəllər balaca çörək parçasını belə atmazdı. Amma çörəyi çoxaldıqca necə əylənim deyə düşündü. Mən də ona şərab içərək əylənə biləcəyini dedim. Kəndli Allahın nemətindən əylənmək üçün şərab hazırlamağa başlayanda damarlarındakı tülkü, canavar və donuz qanı özünü büruzə verməyə başladı. Daha sonra bir qədəh şərab içəndə həmişə belə heyvanlaşacaq.

Böyük şeytan balaca şeytana təriflər yağdırdı. Çörək cəzasını bağışladı və onu özünün ən yaxın köməkçisi elan etdi.


Tərcümə: Ayşə Nağdaliyeva

 

0 şərh